İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma memorandumu imzalaya bilər

246 20.09.2021 19:00 Son xəbər A A

Azərbaycan və Serbiya enerji sahəsində yeni anlaşma (əməkdaşlıq) memorandumunun imzalanması ilə bağlı planları müzakirə edib.

“Report” bu barədə Serbiyanın Dağ-Mədən Sənayesi və Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, müzakirələr nazir Zorana Mixayloviçin Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasıyevlə görüşü zamanı aparılıb. Tərəflər həmçinin dağ-mədən sənayesi və enerji sahəsində əməkdaşlığın aktivləşdirilməsi imkanlarını nəzərdən keçiriblər.

“Serbiya və Azərbaycan iki dost ölkədir. Münasibətlərimiz möhkəm əsaslı strateji tərəfdaşlığa əsaslanır. Biz cari əməkdaşlığı bundan sonra da inkişaf etdirmək, neft-qaz sahəsindən savayı yaşıl enerji sahəsində də əməkdaşlıq etmək istəyirik”, - deyə səfir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR