İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Rusiya sərhəd buraxılış məntəqələrinin inkişafı planını təsdiqləyib

422 05.03.2024 20:44 Siyasət A A

Azərbaycan və Rusiya baş nazirləri Əli Əsədov ilə Mixail Mişustin arasında Bakıda keçirilən danışıqlardan sonra Rusiya-Azərbaycan sərhədində keçid məntəqələrinin inkişafı üzrə fəaliyyət planı imzalanıb.

Bu sənədi Azərbaycan tərəfdən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Rusiya tərəfdən isə nəqliyyat naziri Vitali Savelyev imzalayıblar.

Nazirlər həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və ona xidmət göstərilməsi qaydası haqqında hökumətlərarası saziş imzalayıblar./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR