İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və İran XİN rəhbərləri telefonla DANIŞDI - Bu məsələlər MÜZAKİRƏ EDİLDİ

725 15.04.2023 10:45 Son xəbər A A

14 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, telefon danışığı zamanı, nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.

Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR