İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan arasında vəziyyətə dair BMT Baş Katibliyində məsləhətləşmələr keçiriləcək

451 23.07.2020 20:03 Siyasət A A

“Atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik hələ də qalır. Eskalasiyanın qarşısını bundan sonra da almaq üçün biz ATƏT-in Minsk Qrupu çərçivəsində ölkə kimi konkret addımlar atırıq. Biz həm həmsədr, həm də sərbəst ölkə kimi iş görürük”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Ötən həftə münaqişə zonasındakı vəziyyətə Minsk Qrupunun iclasında, daha sonra ATƏT-in Daimi Şurasının iclasında təşkilatın bütün ölkələrin iştirakı ilə baxılıb. Həmsədrlər tərəflərlə daim təmasdadır. Vəziyyətlə bağlı BMT Baş Katibliyində məsləhətləşmələr keçiriləcək", - deyə, Rusiya XİN rəsmisi “ATƏT-in Minsk Qrupunun geniş tərkibdə bütün üzv ölkələrin iştirakı ilə sammitinin keçirilməsi təşəbbüsünə necə baxırsınız?” sualına cavabında bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR