İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan uşaqlarına möhtəşəm hədiyyə karvanı gəlir: Layihənin müəllifi Mehmet Mutlu danışdı - VİDEO

1182 14.04.2021 13:30 Son xəbər A A

Uşaq Oyunları Federasiyasının başqanı, Türkiyənin nüfuzlu iş adamı Mehmet Mutlunun həyata keçirdiyi möhtəşəm “Hədiyyə karvanı” növbəti dəfə azərbaycanlı uşaqları sevindirəcək. 

Türkiyənin əksər şəhərlərində pandemiya dövründə məktəbdən, sosial həyatdan ayrı düşən, evdə zaman keçirmək məcburiyyətində qalan uşaqlara maraqlı hədiyyələr aparan karvan mayın 14-də Azərbaycana çatacaq və ayın 29-dək müxtəlif şəhərlərimizi gəzib azyaşlıları sevindirəcək. 

"Hədiyyə Karvanı" 18-19 may tarixlərində Tovuzda, 20 mayda Gəncədə, 21 mayda Goranboyda, 22 mayda Naftalanda, 24 mayda Tərtərdə, 25 mayda Bərdədə, 26 mayda Ağdamda, 27 mayda Füzulidə olacaq, ayın 29-da isə İstanbula dönəcək.

Şəhər və rayonlarımızı dolaşacaq "Hədiyyə Karvanı" aksiyasının informasiya dəstəyi yenə də "Yeni Müsavat" Media Qrupudur. 

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu hazırda Türkiyədədir. O, canlı yayında Mehmet Mutlunun layihə ilə bağlı fikirlərini öyrəndi.

Musavat.com həmin görüntüləri təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR