İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tütün və onun sənaye əvəzedicilərinin ixracını kəskin azaldıb

657 27.02.2021 16:07 İqtisadiyyat A A

Bu ilin yanvar ayında Azərbaycana 6,537 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən Musavat.com-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,681 milyon dollar və yaxud 34,6% çoxdır.

Bu ilin ilk ayında tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 95 min dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 686 min dollar və yaxud 87,85% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,01%-nə bərabər olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR