İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkmənistanla Xəzər dənizinin dibinin bölünməsi məsələsini müzakirə edir

421 25.01.2023 19:28 Region A A

24-25 yanvar 2023-cü il tarixində Aşqabadda Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə Musavat.com XİN-dən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

İclasda Azərbaycan Respublikası və Türkmənistanın aidiyyatı nazirliklərinin və ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak edib.

Birgə işçi qrupunun iclası zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR