İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb

2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 62,03 faiz artaraq 41,326 milyon dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin may ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin may ayına nisbətən 80,52 faiz artaraq 11,636 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-may aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 8,778 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 33,1 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,2 faizini təşkil edib.

Son 12 ayda (may 2019 - may 2020) Türkiyə 26,241 milyard dollar məbləğində avtomobil ixrac edib.

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR