Hazırda Azərbaycan Televiziyasının (AzTv) efirində “Əsas məsələ” proqramı yayınlanır.
Paralel olaraq Türkiyənin Haber Global kanalında yayınlanan verilişin əsas mövzusu Türkiyə - Azərbaycan qardaşlığı və regionda gedən proseslərdir.
Musavat.com xəbər verir ki, verilişin Azərbaycan tərəfdən qonaqları "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu, politoloq Tofiq Abbasov və Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri, Caucasus International jurnalının baş redaktoru Cavid Vəliyevdir.
Türkiyədən isə verilişin qonaqları təhlükəsizlik üzrə ekspert Abdullah Ağar, Ceyhun Bozkurt, DR.Özgür Tördür.
Verilişdə Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq, 3 ölkənin keçirdiyi birgə hərbi təlimlər, güclənən əlaqələr, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkə və dünya ictimaiyyətinə verdiyi mesajlar da müzakirə olunur.
Musavat.com verilişin canlı yayınını təqdim edir:






