İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN-TÜRKİYƏ MATÇINDA KİMƏ AZARKEŞLİK EDƏCƏKSİNİZ?

2075 11.10.2010 09:39 Ölkə A A
Bu səbəbdən həmin oyunda tanınmışların hansı komandaya azarkeşlik edəcəklərini öyrənməyə çalışdıq.
“Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu hansı komandaya azarkeşlik edəcəyini söyləmədi: “Çətin sualdı mənim üçün... Amma onu bilirəm ki, uduzan tərəf üçün çox üzülüb, udan tərəf üçün çox sevinəcəyəm”.
Müsavat başqanının müavini Qabil Hüseynli Azərbaycana azarkeşlik edəcəyini desə də, uduzan komanda üçün üzülməyəcəyini bildirdi: “Azərbaycan-Türkiyə oyununu izləməyə getməyəcəyəm. Çünki televizor oyunun bütün məqamlarını daha yaxşı göstərir. Baş tutacaq oyunu yarışmadan daha çox iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirmək üçün nəzərdə tutulmuş addım kimi dəyərləndirirəm”.
Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycana azarkeşlik edəcəyini, ADP sədri Sərdar Cəlaloğlu isə yaxşı oynayanların tərəfində olacağını bildirdi.
KXCP sədri Mirmahmud Mirəlioğlu isə futbolla maraqlanmadığını bildirdi: “Son vaxtlar seçkiyə başım o qədər qarışıb ki, heç nə ilə maraqlanmıram. Futboldan və oyunlar haqqında fikir söyləməkdən tamamən uzağam”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR