İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Türkiyə genişmiqyaslı hərbi təlimlərə başlayıb (FOTO)

1237 16.07.2013 16:30 Ölkə A A
İyulun 16-da Azərbaycan Silahlı Qüvvələrinin Qaraheybət Təlim Mərkəzində Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Silahlı Qüvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib.

General-mayor qeyd edib ki, hər iki ölkə rəhbərlərinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasları mühüm əhəmiyyət daşıyır: “İlk dəfə keçirilən genişmiqyaslı birgə təlim yüksək səviyyədə qəbul edilmiş qərarların nəticəsidir”.

General vurğulayıb ki, tərəflər bu birgə təlimi keçirməklə hər iki dövlətin rəhbərliyinin qarşıya qoyduğu mühüm tapşırıqları icra etmiş olacaqlar.

Eyvaz Cəfərov onu da bildirib ki, bu təlimlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması, əməliyyat uzlaşmasının əldə edilməsi, o cümlədən regionda təhlükəsizlik və stabilliyin təmin edilməsi baxımından çox vacibdir.

Azərbaycan-Türkiyə birgə təlimləri bundan sonra hər il növbə ilə Azərbaycan və Türkiyədə keçiriləcək. 







Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR