İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tərəfi Rusiya ilə sərhəddə baş verən meşə yanğını ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

572 27.04.2017 11:36 Son xəbər A A

Rusiya-Azərbaycan sərhədində - Samur meşəsində baş verən yanğınla əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları gücləndirilimiş iş rejiminə keçib.

Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Dağıstan tərəfdə, Samur meşəsində baş verən yanğın Azərbaycan ərazisinə keçməyib: "Hazırda yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi olmasa da, nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib".

Xatırladaq ki, aprelin 26-da Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR