İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tankları hücuma keçib? - Müdafiə Nazirliyi təkzib edir, YENİLƏNİB

3069 23.04.2018 14:23 Ölkə A A
 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən virtualaz.org-a bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: “Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

*   *   *11:47 (22.04.2018)

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun guya canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə məlumat yayılıb.

Bununla bağlı virtualaz.org-un sorğusunu cavablandırarkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, həmin məlumat yalan və təxribat xarakterlidir: “Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR