İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan şirkəti 3 ölkədən ümumi 54 ton fındıq məhsulları ixrac edəcək

1368 12.10.2019 17:15 İqtisadiyyat A A

Azərbaycan şirkəti Kölndə keçirilmiş “Anuga 2019” beynəlxalq ərzaq sərgisində fındıq məhsullarının ixracına dair xarici tərəfdaşlarla müqavilələr imzalayıb.

Musavat.com İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, fındıq istehsalı ilə məşğul olan Azərbaycanın “Azərstar” şirkəti Litvadan olan şirkətlə 22 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalayıb, İtaliyada fəaliyyət göstərən distributorla 22 ton, Bolqarıstandan olan şirkətlə isə 10 ton fındıq məhsulun ixracına dair ilkin razılıq əldə edib.

Bundan başqa, “Ləzzət Biskvit və Şokolad Fabriki” şirkəti 20 ton qənnadı məmulatının, “Baku Konserv” və “Babək Sirab” şirkətləri məhsullarının ixracına dair ilkin razılıq əldə ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR