İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN İLK HƏRBİ PARADINDAN 20 İL ÖTÜR

1738 09.10.2012 10:44 Son xəbər A A
APA-nın məlumatına görə, 1992-ci il oktyabrın 9-da – Azərbaycan Ordusunun yaranmasının bir illiyi münasibəti ilə Bakı şəhərində hərbi parad keçirilib. Paradı dövrün müdafiə naziri Rəhim Qazıyev qəbul edib. Şəxsi heyət qarşısında isə sabiq prezident Əbülfəz Elçibəy çıxış edib.

Paradda o dövrdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnikalar nümayiş etdirilib. Tədbirin sonunda vertolyotlardan «Azadlıq» meydanına paraşütlə əsgərlər atılıb.

Xatırladaq ki, bu paraddan sonra, 2008-ci ilədək Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyib. 2008-ci ildə «Azadlıq» meydanında Silahlı Qüvvələrin ikinci, 2011-ci ildə isə üçüncü paradı keçirilib. Sonuncu hərbi parad keçid edən şəxsi heyətin say çoxluğu, təchizatı, eləcə də hərbi texnikaların çeşidlərinin çoxluğu və müasirliyi ilə yadda qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR