İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan səfirliyindən onu izləməyə başlayan erməni diplomata: “Düşündürücü məlumatlar tapacaqsınız”

967 06.09.2023 23:14 Son xəbər A A

Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi sosial şəbəkədə onu izləməyə başlayan yeni təyin olunmuş Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını” bildirib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyası eksdə qeyd edib.

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - səfirlik yazıb.

Qeyd edək ki, ötən gün Baş nazir Nikol Paşinyanın təklifi və Prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Tiqran Balayan Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib. Təyinatdan sonra o, Azərbaycan səfirliyinin eksdəki səhifəsini izləməyə başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR