Azərbaycan səfiri: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik”
“Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib”. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xarkovda keçirilən iqtisadi forumda deyib.
“Biz BMT Baş Assambleyasında da Ukraynanın ərazi bütövlüyünü dəstəklədir. Azərbaycan Ukraynanın mümükün qədər tez bir zamanda ərazi bütövlüyünü bərpa etməsini istəyir”, - Eynulla Mədətli bəyan edib.
Səfirin sözlırinə görə, Azərbaycan hökuməti Ukrayna ilə qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət ayırır. Eynulla Mədətli məlumat verib ki, təkcə Xarkovda 2000 azərbaycanlı tələbə ali təhsil alır.
Musavat.com






