İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Rusiya Dövlət Dumasına seçkiləri müşahidə etməyə dəvət olunub

665 27.07.2016 09:46 Siyasət A A
 Bu ilin sentyabr ayında Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri 43 ölkədən olan nümayəndələr müşahidə edəcək.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası 43 ölkəyə, o cümlədən Azərbaycana təklif göndərib.

Qeyd olunur ki, Dövlət Dumasına seçkilərdə beynəlxalq müşahidəçilərin ilk qrupu avqustun 10-da Rusiyaya gələcək. Səsvermə günü - sentyabrın 18-də isə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) 420 ekspert və MDB ölkələrindən müşahidəçilər gələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR