İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qran Prisinə alınan bilet vauçerlərinin orijinal biletlə dəyişdirilməsi prosesinə başlanılıb

403 05.04.2019 17:14 Formula #1 A A

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə bildirir ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bilet alan tamaşaçılar bu gündən etibarən şəhərin kassalarında bilet vauçerlərini biletlərin əsli ilə dəyişə bilərlər. Bu proses aprelin 28-i yarış başlayanadək davam edəcək.

Bilet dəyişdirməyə gələn tamaşaçılar özləri ilə şəxsiyyət vəsiqələrini və çap olunmuş bilet vauçerlərini gətirməlidirlər. Bilet vauçerlərini yalnız bu vauçerlərin üzərində adları əks olunan şəxslər dəyişdirə bilərlər. Bununla yanaşı, bilet satışı kassalarda və həmçinin onlayn qaydada davam edəcək.

Onlayn alınan bilet vauçerləri 2019 Formula 1 Azərbaycan Qran Prisi başlayanadək müvafiq kassalarda biletlərin əsli ilə dəyişdirilməlidir. Bilet vauçerləri ilə yarış məkanına daxil olmağa icazə verilməyəcək.

Yarış həftəsonu ərzində tamaşaçılar şəhərin kassaları ilə yanaşı yarış məkanının girişlərində quraşdırılmış bilet satışı məntəqələrində də bilet vauçerlərini dəyişə biləcəklər. Bilet sahiblərindən xahiş olunur ki, vauçerlərin dəyişdirilməsini son günə saxlamasınlar, əks halda kassaların önündə uzun növbələr yarana bilər.

Biletlə əlaqədar yaranmış sualları bilet@bakugp.az elektron ünvanına göndərə bilərsiniz.

Satışda olan biletlər və tribunalar haqqında ətraflı məlumat üçün bu keçidə daxil olun: www.bakucitycircuit.com

№:
Satış nöqtələri:
Ünvan:
İş saatları:
Fasilə:
Əlaqə nömrəsi:
1
Park Bulvar
Neftçilər Prospekti 92
10:00-22:00
-
(+99477) 600 00 60
2
28 Mall
28 May m.; Azadlıq pr. 15A/4; 2-ci mərtəbə
10:00-22:00
-
(+99412) 499 87 79
3
Gənclik Mall
Gənclik m/s;
Fətəli Xan Xoyski 38; 3-cü mərtəbə
10:00-22:00
-
(+99412) 599 15 60
4
Port Baku
Neftçilər pr. 151
10:00-22:00

(+99477) 600 00 60
5
Kiosk 1
M.Ə.Rəsulzadə 3.
(Azərbaycan k/t yaxınlığı)
10:30-18:30
15:00-16:00
(+99412) 598 17 72
6
Kiosk 2
Sahil m/s;
Bül-bül prospekti, Nizami küç.
11:00-19:00
15:00-16:00
(+99412) 598 17 74
7
Kiosk 3
Üzeyir Hacıbəyov küç. 69 (Hökümət evinin arxası)
10:00-18:00
14:00-15:00
(+99412) 598 17 73
8
Heydər Əliyev Sarayı
Bül-Bül pr. 35
11:00-19:00
14:00-15:00
(+99412) 498 84 70
9
ASAN 1
Akademik H.Əliyev küç. 36
I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00
(+99477) 600 00 60
10
ASAN 2
Nobel prospekti 23, AMAY T.M 2-ci mərtəbəsi
I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00
(+99477) 600 00 60
11
ASAN 3
Abbas Mirzə Şərifzadə 157, Yasamal
I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00
(+99477) 600 00 60
12
ASAN 4
Sülh 197, Bakıxanov, Sabunçu
I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00
(+99477) 600 00 60
13
ASAN Sumqayıt
Bakı 15-ci məhəllə 42d, Sumqayıt
I-V: 10:00 – 19:00
VI-VII: 10:00 – 17:00
14:00-15:00
(+99477) 600 00 60

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR