İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Qırğızıstan əməkdaşlığına dair fikir mübadiləsi aparılıb

287 20.09.2019 01:54 Siyasət A A

Macarıstana işgüzar səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər naziri Çingiz Aydarbekov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, nazirlər iki ölkə arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə ətraflı fikir mübadiləsi apardılar. Ölkələr arasında yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi baxımından önəmli olduğu vurğulandı. İkitərəfli iqtisadi münasibətlərin inkişafı və Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi üzrə fikir mübadiləsi aparıldı.

Nazirlər, habelə iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin vacibliyini vurğulayaraq, bu xüsusda növbəti görüşün yeri və tarixinin müəyyənləşdirilməsi tapşırığını verdilər.

Türk Şurasının Bakı şəhərində keçiriləcək 7-ci Zirvə görüşü, həmçinin Qoşulmama Hərəkatının Zirvə görüşündə Qırğız Respublikasının təmsilçiliyi məsələsi müzakirə olundu.

Görüşdə nazirlər, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR