İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan qazının tədarükü Rusiyanın inhisarçılığına son qoyacaq” -Kiril Petkov

551 09.07.2022 02:27 İqtisadiyyat A A

"Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) açılması və Azərbaycan qazının onun vasitəsilə nəqli Rusiyanın inhisarçılığına son qoyacaq".

Sfera.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Kiril Petkov bildirib.

Onun sözlərinə görə, Yunanıstanın Komotini şəhərində IGB-nin açılışı tarixi gündür.

“Bu, enerji müstəqilliyinə nail olmağın rəmzidir. İnterkonnektor işə başlayır. Mən qürur duyuram ki, hökumətə rəhbərlik etdiyim cəmi altı ay ərzində bu iş tamamlandı”, - deyə Petkov bildirib.

O, həmçinin Yunanıstanın baş naziri Kriakos Mitsotakisə təşəkkür edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR