İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan qaydalarla oynadı və maksimum fayda əldə etdi”

859 06.11.2023 17:36 Son xəbər A A

“Dünyada baş verən dəyişiklikləri, prosesləri Azərbaycanda çox əvvəllər dərk edirdilər. Biz İlham Əliyevdən fərqli olaraq uzun illərdir dünyadan qopuq vəziyyətdə yaşayırıq”.

Musavat.com Caliber.az saytına istinadən xəbər verir ki, bu barədə erməni politoloq David Stepanyan danışıb.

“İlham Əliyev dəyişən dünya düzənindən maksimum yararlandı, biz isə bunu etmədik. Oturmuşuq, sülhdən danışırıq, yenə deyirəm, burada pis bir şey yoxdur, amma bununla paralel hərəkət etmirik. İstənilən dünyanın təməlində milli maraqlar kimi başqa heç nə olmamalıdır. Biz bu milli marağı aydın şəkildə ifadə etməli, tövsiyələr verməliyik və bu tövsiyələrlə Vaşinqtona getməliyik, çünki Vaşinqton müasir dünyada hegemondur.

Yeganə xilaskarımız Rusiyaya ümid bəslədiyimiz üçün dünya ilə əlaqəmiz kəsildi və nə olursa-olsun, Rusiyanın gəlib bizi xilas edəcəyini düşündük. Əvvəla, siyasi kateqoriyada, siyasətdə “xilaskar” anlayışı yoxdur. Təəssüf edirəm ki, Ermənistan rəhbərləri, adlarını çəkmirəm (hamı onların kim olduğunu bilir), uzun müddət bu mövcud olmayan xilaskarlara arxalanıb. Ola bilsin ki, insanlar o vaxtlar da, indi də siyasətdən çox uzaq olublar ki, bunu dərk etmirlər. Təəssüf ki, Ermənistan geosiyasi dünyada Rusiya təftişçiliyini müdafiə edən yeganə ölkə olub. Politologiya nöqteyi-nəzərindən bunu faciə və uğursuz hadisə kimi səciyyələndirərdim”, - deyə analitik bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR