İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Qarabağa hər növ daşınmalara STOP QOYDU? – ŞOK DETAL Elxan Şahinoğlu ilə CANLIda

1333 15.06.2023 13:26 Gündəm A A

İyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçinin son durumu açıqlanıb: Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Bu təxribatların arxasında Rusiya dayanır? Niyə təxribat üçün 15 iyun tarixi seçilib? Rusiya bununla Azərbaycana nəyin cavabını verir?
Erməni tərəfi iddia edir ki, Azərbaycan Qarabağa hər növ daşınmalara stop qoydu.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR