İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan qapanmalara gedir, vəziyyəti dəyişməyin bir yolu var – Sevinc Telmanqızı ilə “Canlı debat”

1013 16.08.2021 14:00 Gündəm A A

Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İlham Əliyevin CNN Türk kanalına verdiyi müsahibədə hansı suallara aydınlıq gətirildi? Cəmiyyətin narahat olduğu məqamlar aydınlandı, insanlar prezidentin İrana, Rusiyaya, Ermənistana münasibətdə tutduğu son mövqeyi öyrəndi. İlham Əliyevin verdiyi müsahibə ictimiyyət və ekspertlər tərəfindən ortaya çıxarılan sual və narahatlıqlara aydınlıq gətirib. Hansı cavablar nəyə işarədir?

Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2993 yeni yoluxma faktı qeydə alınıb, 646 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 15 nəfər COVID-19-dan dünyasını dəyişib.

Maraqlıdır, həftə ərzində sərt karanatin qaydaları bərpa edilə bilərmi?

Ermənilər öz qaçqınlarına sahib çıxmır, İrəvandan böyük köç başlayacaq kimi görünür. Qaçqın ermənilər niyə ağlayır, kimdən yardım dilənir?

Bu həftə İmişlinin korrupsioner icra başçısı Vilyam Hacıyevin məhkəməsi başlanacaq. Nə gözlənilir? V.Hacıyev nələri danışıb, nələri etiraf edəcək?

Məktəblərə peyvənd olunmayan valideynləri buraxmayacaqlar? Bu yeni şayiə nədən xəbər verir?

Bu və gündəmdəki digər mövzuları bu gün saat aparıcı Sevinc Telmanqızının təqdimatında “Canlı debat” verilişində müzakirə ediləcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR