İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti və İtaliya hökumətinin başçısı Ukraynadakı vəziyyəti müzakirə edib

156 08.03.2022 15:52 Son xəbər A A

İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edib.

Musavat.com xəbər verir ki, bu barədə müzakirə M.Draqinin martın 8-də Prezident İlham Əliyevlə telefon danışığı zamanı baş tutub.

Telefon söhbəti zamanı regional mövzular, o cümlədən Ukraynada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, martın 8-də İtaliya Respublikasının Nazirlər Şurasının Sədri Mario Draqi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR