İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti Maltanın dövlət başçısını təbrik edib

239 20.09.2019 18:01 Son xəbər A A

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Corc Vellaya ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Azərtac-ın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR