Azərbaycan prezidenti İordaniya kralını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının milli bayramı - Müstəqillik günü münasibətilə kral II Abdullah ibn Al Hüseynə təbrik məktubu unvanlayıb.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti krala və onun simasında bütün İordaniya xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını yetirib.
"Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş İordaniya xalqına daim sülh və firavanlıq diləyirəm", - deyə məktubda qeyd olunub.






