İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB

1064 12.07.2024 10:52 Rəsmi A A

İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

Musavat.com xəbər verir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın Azərbaycana siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.

Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

İlham Əliyev Pakistan Prezidentini COP29-a dəvət etdi.

Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***

İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü keçirilib.

***

İslamabadda Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü başlayıb.

Bu barədə "Report"un İslamabada ezam olunmuş əməkdaşı məlumat verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR