İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan prezidenti Avropa Oyunlarının qalibini telefonla təbrik etdi (FOTO)

5339 17.06.2015 23:52 İdman A A


Azərbaycan taekvondoçusu, "Neftçi İdman Klubu"nun üzvü Ayxan Tağızadə bütün rəqiblərinə qalib gələrək Avropa Oyunlarının çempionu olub. Yarışdan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev idmançımızla telefonla danışaraq onu bu möhtəşəm zəfər münasibəti ilə təbrik edib. Dövlət başçısı Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb. Avropa Oyunlarının çempionu Ayxan Tağızadə qazandığı qızıl medalı Azərbaycan Respublikasının prezidentinə və xalqımıza həsr etdiyini bildirib. /Olimpiya.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR