İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti ABŞ-ın dövlət başçısına başsağlığı verib

810 06.11.2017 19:24 Gündəm A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

"Azərtac"ın məlumatına görə, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab prezident,

Texasda baptist kilsəsinə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə sarsıtdı.
Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR