İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib

568 27.03.2017 13:55 İdman A A

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarının vaxtı və yeri açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti turun görüşləri eyni gündə baş tutacaq.

Açılış matçı Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə "Neftçi" arasında olacaq. Ardından “İnter” – AZAL oyunu start götürəcək. Lider "Qəbələ"nin "Zirə" ilə, "Qarabağ"ın isə "Kəpəz"lə görüşləri saat 18:30-da başlayacaq.

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

16:30 “Sumqayıt” – “Neftçi”

"Kapital Bank Arena"

17:00 “İnter” – AZAL

“İnter Arena”

18:30 “Qarabağ” – “Kəpəz”

“Azersun Arena”

18:30 “Qəbələ” – “Zirə”

Qəbələ şəhər stadionu

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" və "Qəbələ" - "Zirə" matçları "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR