İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan polisi Qarabağda əməliyyat keçirdi, Xəzərdə sərhədimizi pozmaq istədilər – Pənah Hüseynlə “Canlı debat”

564 18.10.2021 12:00 Gündəm A A

Bu gün müstəqilliyimizin bərpasından 30 İL ötür. Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban Əliyevanın Füzuli rayonuna səfərlərində maraqlı mesajlar verildi. İlham Əliyev Füzulinin bərpasının təməl daşını qoydu. Prezident bu dəfə də siyasi bəyanatlar səsləndirdi. Həmin bəyanatlar nədən xəbər verir? İrana verilən son mesaj gərginliyin bitəcəyi mənasına gəlirmi?
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi “Kamaz” markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.

16 oktyabr 2021-ci il tarixdə saat 23:00 radələrində DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Xəzər dənizində cənub istiqаmə¬tindən Azərbaycan Respublikasına mənsub sulara daxil olaraq şimala doğru hərəkət еdən üç nаməlum hədəf аşkаr оluna¬raq nəzаrətə götürülüb.

İ.Əliyev eyni zamanda “18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək tamamilə yersizdir” deyib. Bu açıqlama nədən xəbər verir?

Nazirlər Kabineti maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək.

Musavat.com bildirir ki, bunu açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına ilə əlaqədar Nazirlər Kabineti təkliflərini bu həftə hazırlayacaq və oktyabrın 21-dək təqdim edəcək.

Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq. Məhkəmədən böyük nəticələr gözləmək olarmı?

İlham Əliyev İrana növbəti kəskin və net cavab verdi. Dövlət başçısı Füzulidə çıxışı zamanı bunları deyib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Prezident ölkəsinin kimsədən, heç bir hegemon dövlətdən qorxmadığını açıqca söyləyib. Deyib ki, xalq bu torpağa, Vətənə o qədər bağlıdır ki, hətta hərbi gücü dəfələrlə yüksək olan istənilən dövlət Azərbaycana qalib gələ bilməz. Prezident öz xalqını son 1 ildə elə gözəl tanıdı ki. Azərbaycanlılar bəlkə də tarixdə görülməmiş bir sevgiylə, fədakarlıq, eşqlə Vətəni işğaldan azad etdi, düşmənə qarşı birləşdi.

Bu və gündəmdəki digər mövzuların müzakirəsini bu gun Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR