Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində bu ölkənin müstəqilliyinin 30 ili münasibətilə musiqi klipi ictimaiyyətə təqdim olunub.
Musavat.com xəbər verir ki, Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş "Dostluğun mədhi" adlı musiqi klipinin ideya müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti Ramiz Usmanovdur.
Klipdə Özbəkistan Dövlət Uşaq Xor Kapellasının üzvləri də iştirak ediblər.
Klip 9 sentyabr tarixində Daşkənd şəhərində “Ədiblər xiyabanında” və 11 sentyabr tarixində isə Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdim edilib.






