İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan ordusunun ermənilərə qarşı işlətdiyi unikal taktikanın DETALLARI VİDEO

2092 14.10.2021 10:05 Ölkə A A

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan pilotsuz "An-2" təyyarələrindən Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqelərini aşkarlamaq üçün aktiv şəkildə istifadə edib.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan ordusunun yüksəkrütbəli hərbi qulluqçuları İTV-yə danışıblar.

Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi elə başa düşüb ki, hər gün Azərbaycan ordusunun qırıcı-bombardmançılarını vuraraq sıradan çıxarır. Lakin daha sonra üzə çıxıb ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz "An-2" təyyarələrini vurur və nəticədə öz mövqelərini üzə çıxarmış olub. 

Məhz bu unikal fənd sayəsində Azərbaycan Ordusu düşmənin hava hücumundan müdafiə sistemini məhv etməyi bacarıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR