İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan ordusu Qərbi Zəngəzura istiqamətlənəcək və..." - İLGİNC DETALLAR

1349 22.10.2023 15:02 Siyasət A A

"Fransanın müdafiə naziri Sebastyan Lekornü bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacaq. Müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınması nəzərdə tutulub. Nazir deyib ki, Ermənistana "sərhədlərinin mühafizəsini təmin etmək" imkanı vermək lazımdır".

Musavat.com xəbər verir ki, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

elxan.jpg (68 KB)

Politoloqun sözlərinə görə, görünür, Fransada hesab edirlər ki, Azərbaycan ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır:

"Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımi silahlar alırıq, eyni zamanda İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu, Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa İttifaqı dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq".

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR