İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nefti ucuzlaşıb

403 21.05.2019 01:15 İqtisadiyyat A A

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,82 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR