İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan müxalifətinin sülh sazişinə münasibəti necədir? Pənah Hüseyn sənədi və durumu təhlil edib - VİDEO

7556 10.11.2020 15:10 Gündəm A A

10 Noyabr - Vətən müharibəsi böyük uğurlarla bitməkdə! Rusiya-Azərbaycan - Ermənistan anlaşması - Azərbaycanın möhtəşəm diplomatik uğuru. Bir güllə belə atmadan xəyallarımızdakı vətən parçalarını aldıq. Dağlıq Qarabağı statusssuz buraxdıq. Ermənistanda nələr baş verir? Ermənistan hərbi-diplomatik məğlubiyyətlərlə, Bakı qələbə ilə dalğalanır.

Bəzi vətəndaşların Rusiya və Rus əsgəri qorxusu... Ruslar gəldimi - müqavilə ruslara Azərbaycanda olmaq imkanları yaradır, yoxsa, Türkiyənin masaya oturması, Türkiyə Rusiya ortaq əməkdaşlığının təmin olunması üçün imkanlar yaradır?

Ermənistanda etirazçılardan çağırışlar gəlir - Gecə anlaşmasından çıxaq! Bunu bacararlarmı? Ermənistan anlaşmadan çıxsa, Azərbaycan nə etməlidir?

Ermənistan sülhə vadar edildi. Bundan beləsi necə təsəvvür olunur, bizim Ermənistanla hər hansı bir əməkdaşlığımız, ortaq layihələrimiz mümkün ola bilərmi? Prezident İ.Əliyev BBC-yə müsahibəsində deyib ki, "Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik". Bu, mümkün görünürmü?

Bu və digər suallar  AXP sədri, eks baş nazir Pənah Hüseynlə müzakirə edilib.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiniz.

Youtube səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Facebook səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR