Azərbaycan müxalifəti Avropa Oyunlarının açılışına dəvət olunub
Azərbaycan müxalifəti Avropa Yay Oyunlarının Bakıda keçoiriləcək açılış törəninə rəsmən dəvət olunub. Bu barədə musavat.com-a "Azadlıq 2015" Seçki Blokuna daxil olan siyasi partiyaların təmsilçiləri məlumat veriblər. Onlar bildiriblər ki, dəvət Blokda müxakirə edildi və iştirak etmə haqqında qərar qəbul olundu.
Eyni zamanda "Azadlıq 2015" təsisçiləri hökumətə təklif edirlər ki, fürsət var ikən siyasi məhbusları açılış törəninə qədər azad etsin.
Belə bir dəvətin Müsavat Partiyasına da gəlib-gəlməməsini bilmək üçün partiya rəhbərliyi ilə əlaqə saxladıq. Məlum oldu ki, Müsavat AYO-nun açılış törəninə dəvət edilməyib.
Qeyd edək ki, "Yeni Müsavat" qəzeti belə bir dəvətin olacağı barədə hələ ikmi ay öncə yazmışdı.
Musavat.com






