İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində FOTO

853 02.05.2024 16:20 Mədəniyyət A A

Aprelin 25-28 günlərində “Beynəlxalq VoiceIstanbul 2024” konqresi keçirilib.

Musavat.com xəbər verir ki, konqresə səslə məşğul olan müxtəlif sahə mütəxəssisləri - qulaq, burun, boğaz həkimləri, foniatrlar, dil və nitq patoloqları, vokal pedaqoqlar, müğənnilər və s. olmaqla 50 ölkədən 1000-ə yaxın iştirakçı qatılıb, Azərbaycan da böyük bir nümayəndə heyəti ilə təmsil olunub.

Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin baş katibi, Dosent Ramil Həşimlinin sözlərinə görə, “VoiceIstanbul” 2019-cu ildən etibarən keçirilir.

“Bu il 3-cü və ən böyük konqres keçirildi. Biz də ilkindən etibarən bu tədbirdə aktiv şəkildə iştirak edirik.

2019 və 2022-ci illərdə keçirilmiş konqresdə Milli Konservatoriyanın doktorantı, “səsin tədqiqi laboratoriyasının” rəhbəri Aleksandira Sultan Von Bruseldorflə bərabər apardığımız elmi işlərin nəticələrini təqdim etmişdik.

Bu il də eyni ənənəni daha geniş şəkildə davam etdirdik. Moderatoru olduğum “Azərbaycan muğam ifaçılarının vokal dözümlülüyünün və sənətkarlığının tədqiqi” panelində xanəndə səsi, muğam ifaçılığı hər tərəfli surətdə təqdim olundu”.

R.Həşimli qeyd edib ki, Aleksandria xanımla bərabər klinikanın həkimləri Dilşad Şadlinskaya və Kamil Süleymanovun təqdimatları, eləcə də Azərbaycanın əməkdar artisti, Milli Konservatoriyanın Muğam kafedrasının dosenti Gülüstan Əliyevanın panelistlər arasında olması, “Opera Sənətində Klassik Vokal və Muğam Sintezi” mövzulu çıxışı və sonda canlı muğam ifası dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb: “Salonda olan sahəmizin öndə gələn alimlərindən bu panelə görə çox müsbət rəylər almamız sevindirici, fərəhli və ruhlandırıcı oldu. Bununla bərabər həm 2022-ci ildə, həm də bu ilki tədbirin elmi proqramında qurucu baş katibi olduğum “Mərkəzi və Qərbi Asiya Qulaq, burun, boğaz və Baş boyun cərrahiyyəsi birliyi - CWASOS” paneli də vardı ki, bu paneldə Türk dövlətlərinin təmsilçiləri olan doktorlarımız öz elmi işlərini təqdim etdilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR