İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Müdafiə Nazirliyindən Ermənistandakı vəziyyətlə bağlı BƏYANAT: "Sona çatmış qanlı rejimin ..."

3081 23.04.2018 18:51 Gündəm A A

Müdafiə Nazirliyi bəyanat yayıb.

MN-dən APA-ya daxil olan bəyanatda deyilir: "Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.

Bununla əlaqədar bildiririk ki, bütün cəbhəboyu zonada əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır, bölmələrimiz atəşkəs rejiminə ciddi riayət edir, gərginliyin artmasının tərəfdarı deyilik və cəbhə xəttində Müdafiə Nazirliyi tərəfindən heç bir hərbi texnikanın cəmləşməsi həyata keçirilmir.

Bəyan edirik ki, qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsinə yönələn istənilən düşmən təxribatının qarşısı dərhal, qətiyyətlə və sərt şəkildə alınacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR