İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Slovakiyaya qalib gəldi, Avropa çempionatına vəsiqə qazandı

1263 31.05.2015 13:01 İdman A A
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

ANS PRESS-in məlumatına görə, voleybolçularımız Avropa çempionatının pay-off mərhələsi çərçivəsində səfərdə keçirdiyi cavab oyununda Slovakiya yığması ilə qarşılaşıb və rəqibinə 0:3 (26:24; 25:19; 25:18) hesabı ilə məğlub olub.

Bakıda keçirilən ilk görüşdə Azərbaycan komandası Slovakiya yığmasına 3:0 hesabı ilə qalib gəldiyi üçün “qızıl set”ə ehtiyac duyulub. 

Nəticədə “Qızıl set”də rəqibindən 15:6 üstün olan komandamız Avropa çempionatının finalına yüksəlib.

Beləliklə, Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl 6-cı dəfə Avropa çempionatının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin oyunları Belçikanın Antverpen şəhərində keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR