İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb- YENİLƏNİB

1687 09.10.2019 22:33 İdman A A

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


***22:04

Futbol üzrə Azərbaycan komandası Bəhreyn yığması ilə yoldaşlıq oyununda hesabda növbəti dəfə önə çıxıb.

"Report" xəbər verir ki, Ramil Şeydayev qarşılaşmanın 70-ci dəqiqəsində hesabı 3:2-ə çatdırıb.


***22:00

Bəhreyn yığması Azərbaycan komandası ilə oyunda hesabı bərabərləşdirib.

"Report" xəbər verir ki, Mohamed Saad 68-ci dəqiqədə Bəhreyn yığmasının növbəti qolunu vurub. Bəhreyn-Azərbaycan - 2:2.


***21:53

Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq oyununda hesabda önə çıxıb. 

"Report" xəbər verir ki, Təmkin Xəlilzadə qarşılaşmanın 62-ci dəqiqəsində Azərbaycan komandasının növbəti qolunu vurub - 2:1

 


***21:37

Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, hazırda hesab 1:1-dir.  


***21:19

Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla yollanıblar.

Qeyd edək ki, oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıb. Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman fərqlənib. 

Bundan 10 dəqiqə sonra Azərbaycan yığmasının oyunçusu Rüfət Dadaşov hesabı bərabərləşdirib - 1:1.  


***21:14

Azərbaycan yığması Bəhreynlə oyunda hesabı bərabərləşdirib.

"Report" xəbər verir ki, qarşılaşmanın 41-ci dəqiqəsində Rüfət Dadaşov Azərbaycan yığmasının heyətində fərqlənib - Bəhreyn-Azərbaycan - 1:1


***21:03

Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq oyununda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman

fərqlənib.


***20:33

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirir. 

"Report"un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi oluduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gəlir.  

Ər-Rifa şəhərində Bəhreyn Milli Stadionundakı qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayıb. 

Qeyd edək ki, Azərbaycan millisi 4 gün sonra AVRO-2020-nin seçmə mərhələsində Macarıstanın qonağı olacaq. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR