İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Mərkəzi Bankı məlumat yaydı: 10 yanvar 2024-cü ildən...

8167 14.11.2023 17:37 Son xəbər A A

Azərbaycandakı bankların, əksər bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həllərinin Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiya edildiyi, bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı olduğu nəzərə alınaraq 10 yanvar 2024-cü ildən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz", - deyə məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR