İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan media rəhbərləri Xankəndi parkında qırıq piano tapdılar və... VİDEO

4921 22.07.2024 14:38 Yazarlar A A
İlk yayınlanma vaxtı: 02:26

Bu, BİZİK! Azərbaycan jurnalistləri, KİV rəhbərləri!

Hamımız işğalın acısını yaşamışıq.

Məğlubiyyətin əzabı ruhumuzun sümüklərini sızlatmış, qürurumuzu məngənə kimi əzmişdi...

***

Bura Xankəndidi! Hər şey burdan başlamışdı! O nöqtədəyik, hər şeyin başladığı və düz 10 ay bundan əvvəl bitdiyi məkandayıq!

***

İllərlə məğlubiyyətin təslimiyyətə keçməməsi üçün yazdıq, danışdıq, ...çalışdıq!

Bəzən ümidsiz vuruşduq!

Yüzlərlə, minlərlə məqalələrimiz var!

Heç birində təslimiyyət yoxdu!

Məğlubiyyətlə barış yoxdu, güzəşt yoxdu!

Çağırış, inam, dirəniş, dua ...var!

Lakin son iki gündə yaşadıqlarımızı xəyal da edə bilməzdik!

Başımıza elə şeylər gəlir ki!

***

Xankəndidə ikinci möhtəşəm gecəni yaşayırıq!

Siz bir qrafikə baxın:

Şuşada, II Qlobal Media Forumunda iştirak edib, axşamları Xankəndinə dönürük! 

***

...Cıdır düzündən buralara necə həsrətlə baxırdıq!

Nə zamanmı?

Düz 1 il öncə, bu gün!

Şuşadan canlı yayın verib, kamera ilə Xankəndini yaxınlaşdırıb: "Gələn il bu zaman Xankəndidən canlı yayın, reportaj edəcəm", söylədiyim oldu!

O lent qalır...

Efirə qatılan soydaşlarımdan çat bölümünə "inşallah" yazan da oldu, inanmayan da, söyən də...

***

Son iki gündə durmadan paylaşım edirəm!

Xankəndini indi kamera ilə yaxınlaşdırmırıq, küçələri ilə gəzib, hər şeyi çəkirik!

Axşamları maşınlarımıza minib, Şuşadan enirik şəhərə!

Səhərləri Xankəndidən Şuşaya qalxırıq!

Həm enəndə, həm qalxanda UCALIRIQ!

Fərəhimiz bütün yüklərimizi unutdurur!

***

Xankəndi heç zaman indiki kimi bizim olmayıb!

Heç sovetlər dövründə də!

Bunun xoşbəxtliyini yaşayırıq.

Hər şeyi unutmuşuq!

Xankəndini yaşayırıq!

***

Bu gecə də şəhər gəzintisinə çıxdıq. "Xanabad" restoranında çay içdik, hotelə dönərkən parkda piano gördük.

Kökdən düşmüş piano.

"Bakinski raboçi" qəzetinin baş redaktoru İlqar Hüseynov pianonu dilləndirdi.

Və FİLM başladı...

***

Senzurasız təqdim etdiyim videoda hər şey var!

Bu, bizik!

Xankəndinin havasından və xoşbəxtlikdən sərxoş olmuş cəfakeş və vətənpərvər media rəhbərləri!

Milli Mətbuat Gününü Xankəndidə beləcə qarşıladıq.

Deyə-gülə, şənlənə...

İki gündü müşahidə edirəm:

Azərbaycan mediasının ağır abiləri yaşlarının bu vaxtında hər şeyə necə sevinir, necə gülür, hər şeyi necə ürəkdən yaşayırlar!

Azərbaycanlılara sevinmək halaldır!

Zəfərin bərəkətidir milli fərəh hissi!

Xankəndidə bu hissi daha dərin, daha içdən yaşamaq olurmuş...

***

Bu, BİZİK!

Ağır keçən gəncliyimizi ahıl keçidimizdə yaşayırıq.

Buna da şükür!

Xankəndində, Şuşada Mətbuat Günləri keçirtmək yaşadıqlarımıza bədəl olsun!

Milli Mətbuat Günümüz qutlu olsun! 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR