Azərbaycan kubokunun 2018/19 mövsümünün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
ONA-nın məlumatına görə, tədbir bu gün keçirilən final oyunundan sonra baş tutub.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən “Qəbələ” – “Sumqayıt” oyunundan (1:0) sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev təltifetmə mərasimi baş tutub.
Öncə final oyununu idarə edən hakimlər briqadasının üzvləri xatirə hədiyyələrini alıblar. Ardınca məğlub olan “Sumqayıt”ın üzvləri medallarını alıblar.
Sonra “Qəbələ”nin futbolçu, məşqçi və adminstrativ heyətində yer alanlar mükafatlandırılıb. Mərasimin sonunda Azərbaycan kuboku “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynova təqdim edilib.






