İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Kubokunun final oyununun keçiriləcəyi stadion MƏLUM OLDU

813 03.05.2022 23:40 İdman A A

Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün final görüşünün məkanı müəyyənləşib.

Peşəkar Futbol Liqasının məlumatına görə, “Qarabağ” və “Zirə” komandaları arasında baş tutacaq həlledici qarşılaşma Qəbələ şəhər stadionunda oynanılacaq.

Oyun mayın 27-də keçiriləcək. Görüş saat 19:00 tarixinə təyin olunub.

Final matçının nominal meydan sahibini müəyyənləşdirəcək püşkatma mərasimi mayın 5-də təşkil olunacaq. AFFA-nın inzibati binasında hər iki komanda və Peşəkar Futbol Liqasının nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbir saat 12:00-da başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR