İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kommunistləri Vladimir Putinə təbrik məktubu göndəriblər

1685 07.10.2014 10:40 Son xəbər A A
Azərbaycan kommunistləri  Rusiya Federasiyasının prezidenti Vladimir Putinə təbrik məktubu göndəriblər. Bu barədə məlumat musavat.com-a Azərbaycan KP MK-nın mətbuat xidmətindən verilib.
Təbrikdə deyilir:

“Ad gününüz münasibətilə Azərbaycan kommunistlərinin  ən səmimi təbriklərini və ən xoş arzularını qəbul edin. Rusiya dövlət və demokratiya təsisatların, iqtisadi, sosial və humanitar sahələrin gələcək sosializmə doğru istiqamətləndirilməsində üstün cəhətlərin hiss olunması məhz Sizin müdrik rəhbərliyinizin uğurlu nəticəsidir. Ümid edirik ki, bu gün Rusiyada həyata keçirilən genişmiqyaslı proqram və layihələr həmin işıqlı gələcəyə hesablanmışdır.

Beynəlxalq imperializm  tərəfindən SSRİ süquta uğrayandan sonrakı illərdə -   məhz Sizin rəhbərliyiniz müddətində  Azərbaycan  - Rusiya kommunist  təşkilatları arasında münasibətlər yüksək səviyyəyə çatmışdır.  Onlar arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, əməkdaşlıq və strateji tərəfdaşlığın hərtərəfli inkişafına Sizin töhfənizi xususilə qeyd edirik. 

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayırıq”.



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR