İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan komandası futzal üzrə dünya çempionatında İspaniyaya məğlub olub

1487 16.09.2016 05:44 İdman A A
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.

"Report"un məlumatına görə, F qrupunda yer alan millinin rəqibi Avropa çempionu İspaniya olub.

Komandamız Kolumbiyanın Medellin şəhərindəki "Coliseo İvan de Bedout" idman kompleksində təşkil olunmuş qarşılaşmanı 4:2 hesablı məğlubiyyətlə tərk edib. Xatirladaq ki, F qrupundakı ilk görüşdə Azərbaycan Mərakeş yığmasına 5:0, İspaniya İrana 5:1 hesabı ilə qalib gəlmişdi. Millimiz qrup mərhələsindəki son oyununu İran yığmasına qarşı keçirəcək.

Dünya çempionatı, qrup oyunları

03:00. Azərbaycan 2-4 İspaniya
Baş hakim: Alessandro Malfer (İtaliya)
Hakimlər: Ondrey Kerni (Çexiya), Paskal Lemal (Belçika)
Medellin. "Coliseo İvan de Bedout" idman kompleksi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR