İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kökənli İsveçrə vətəndaşı elə şeylərdən yazdı ki...  

6404 17.03.2020 17:06 Gündəm A A

Azərbaycan əsilli İsveçrə vətəndaşı, tanınmış jurnalist Elxan Həsənli özünün Facebookdakı səhifəsində maraqlı yazı ilə çıxış edib.

Olduqca aktual olan həmin yazını təqdim edirik:

"Artıq 4 gündür evdəyəm, tələbələrimlə qismən distant təhsilə keçmişik. Bu gündən bütün İsveçrə Fövqəladə vəziyyət şəraitinə keçib.

Bayramla əlaqədar Azərbaycana uçmağı planlayırdım, ancaq Koronaya görə qaldım. Cünki bilmirəm koronaya yoluxmuşam ya yox, hələ 10 gün gözləməliyəm. Çox adam evdə özünü izolyasıya edib. Vəziyyətdən çıxmağın tək yolu da budur. Günümü idman və sarımsagla başlayıb mütaliəylə başa vururam.

İndiki dövrdə koronanın daha çox yayıldığı ölkələrdə təhsil alan tələbələrin Azərbaycana geri dönməsini yanlış hesab edirəm. Gənclərin bir coxu vəziyyət ağırlaşan kimi valideynlərinə üz tuturlar, valideynləri də dövlət babaya. Artıq Avropanın bir çox ölkələrində yaşayan azərbaycanlı tələbələr səfirliklərimizin təşkil etdiyi aviareyslər vasitəsilə vətənə qayıdıblar. Hətta Koronanın vətəni Cində belə dövlətimiz vətəndaşını tək qoymadı, geri gətirdi hamısını. Türkiyə və Azərbaycandan başqa heç bir dövlət öz vətəndaşına bu şəkildə sahib çıxmayıb.

Misirdən tutmuş Kolumbiyaya qədər, bir çox səyahət məkanlarından geri dönmək istəyən minlərlə adam tıxanıb qalıblar hava limanlarında. Aralarında fransız, italyan, amerikalı, hətta isveçrəli belə var. Hələlik nə bir səfirlik, nə də bir hökumət onlarla maraqlanmır, hec onların özləri də dövlətdən, səfirlikdən kömək ummurlar, sərbəst şəkildə, öz güclərinə geri dönmək istəyirlər. Cünki Avropada həmişə belə olub. Belə məqamlarda yalnız sığorta avropalının dadına çatır, başqa heç kim.

İndiki panik vəziyyətdə Azərbaycan dövləti kimi öz vətəndaşına sahib çıxan ikinci bir ölkə görmürəm hələlik. Bunları görə görə bəzi dostların haqqsız yerə dövlətimizi vətəndaşlarımıza laqeydlikdə ittiham etməsi, yumşaq desək, qərəzdir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR