AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ GƏRGİNLİK
Elə Azərbaycan da son günlərdə adekvat olaraq İrandan gələn yük maşınlarını eyni səbəbdən geri qaytarır. Həmin maşınlar da İran gömrüyündə gözləyir.
Astara yük terminalında Azərbaycana aid 60-dan çox yük maşını toplanıb. Bunu terminalın direktor müavini Zülfüqar Abdullayev deyib: “Elə maşınlar var ki, sənədləri düz deyil. Amma bu cür maşınlar həddən artıq azdır. Əvvəllər belə maşınları İran ciddi yoxlamırdı. İndi onları çox diqqətlə yoxlayırlar. Bütün maşınlar geri qaytarılır».
Sürücülərsə bildirirlər ki, indiyə kimi İrana dəfələrlə gedib gəlsələr də onlara avtomobillərinin standarta uyğun gəlmədiyini deyən olmayıb. Üstəlik, onlar qeyd edirlər ki, standartlarla bağlı tələblər Rusiyadan gələn maşınlara şamil edilmir: “Elə bil elan olunmamış müharibə gedir”.
Sürücülər baş verənləri son zamanlar Azərbaycanla İran arasındakı diplomatik gərginliklə izah edir. Bir müddət əvvəl Azərbaycan hüquq-mühafizə orqanları İranın İsrail vətəndaşlarına qarşı Bakıda terror hazırlaması haqda məlumat yaydı. Daha sonra Tehran Azərbaycanı İsrail kəşfiyyatının öz ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə şərait yaratmaqda ittiham etdi.